Renault yeni mühərrikləri Barselonada yoxlayacaq

Renault komandası Barselonadakı mövsümiçi testlərdə mühərriklərin yeni versiyasını sınamaq istəyir.

F-1.az xatırladır ki, Red Bull və Renault komandaları bütün ümidlərini yeni versiya mühərriklərə bağlayıblar.

Red Bull komandası əmindir ki, Renault mühərriklərinin yeni versiyası onlara Ferrari ilə mübarizə aparmağa imkan verə bilər və onlar bunun effektini Barselona yarışından sonra görə bilərlər.

Renault komandası mühərriyi vaxtında çatdırmaq üçün intensiv şəkildə işləyir, amma gecikmə ola bilər. Bəzi xəbərlərə əsasən, Renault Barselona testlərinə yeni mühərriyin iki yeniliyini çatdırmaq üçün gecə-gündüz işləyir.

Bundan başqa, Renault şassidəki yenilikləri də Barselonada yoxlamaq istəyir.

Bu barədə komandanın texniki direktoru Nik Çester danışıb: “İspaniyaya yenilənmiş arxa qanadla gəlirik və ön qanad üçün də bəzi yeniliklərimiz olacaq.

Barselonada çox şeyi test edəcəyik. Yeni versiya mühərrik, asılqan, aerodinamik yeniliklər – bu yeniliklərin bir neçəsidir. Bu da o deməkdir ki, iki gündən maksimum səviyyədə istifadə etməliyik.

Renault komandasının rəhbəri Siril Abitebul da bu barədə danışıb: “Çindən sonra Rusiya yarışında xal qazanmaq bizim üçün yaxşı oldu.

Barselona trası yeniliklərə görə başlanğıc nöqtəsi olacaq. Daha sonra isə yeniliklərin yarışa təsirini görəcəyik.
Bu bizim başlanğıc olacaq və daha sonra əminəm ki, biz sürətlənəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*