Renault yeni mühərrik reqlamentini ciddiyə almayıb

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, hazırkı mühərrklərin inkişaf potensiallarını ciddiyə almamaqda səhv ediblər.

F-1.az xatırladır ki, turbo mühərriklər idmana 2014-cü ildən gətirilib və bu müddətdə ən güclü komanda Mercedes olub. Ferrari son iki ildə Mercedes-ə yaxın ola bilir və Renault isə Red Bull-la bir neçə qələbə qazana bilib.

Siril Abitebul: “Məncə, hazırkı mühərrik reqlamentinin potensialını anlamadıq. Bunu bir yerə yazırıq. Bu mühərriklərlə 4 il yarım keçirdik və inkişaf əyrisinin düzəlməsini gözləyirsiniz. Bunu Mercedes-də gördük.Ferrari də yaxşı inkişaf etdi və inkişafın mümkün olduğunu göstərdi. Amma hazırkı durumda bunu etmək asan deyil. Sağlam addımlar atmaq üçün lazım olanı qəbul etməliyik. Daha çox riskə girməliyik. Amma elə risklər olmalıdır ki, sonra azaltmaq mümkün olsun. Çünki daha sonra etibarlılıq problemləri yaşaya bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*