F-1.az xatırladır ki, Fransa təmsilçisi təqdimatı internet üzərindən edəcəyini bildirmişdi. Ancaq ikiqat Dünya Çempionları bolidi tam olaraq təqdim etməyiblər. Paylaşılan şəkillərdə bolidin hər yeri göstərilməyib. Ancaq şəkillərə baxsaq, görərik ki, bolidin saydpod quruluşu dəyişilməyib.
Qeyd edək ki, Renault komandası 2018-ci ildə mövsümü dördüncü yerdə bağlasa da, keçən il gözlənilən kimi çıxış edə bilməyib və beşinci olub.