F-1.az xatırladır ki, Renault komandası keşən il Formula1-ə qayıtmış və 8 xalla 9-cu yeri tutmuşdu. Lakin fransızlar bu mövsümə yaxşı başlayıblar və 6 yarışda 14 xal toplayaraq, 7-ci yerdə qərarlaşıblar. Sarı-qaralar hazırda 5-ci pillədəki Toro Rosso komandasından 15 xal geridə qalırlar.
Siril Abitebul: “Kanada uğurlu olduğumuz traslardandır. Monakodakı problemləri təhlil edərək, Monreala daha yaxşı formada gedəcəyik. Yay tətilinə qədər Mühəndislər Çempionatında 6-cı yerə yüksəlmək istəyirik. Hazırda komandalar bir-birilərinə çox yaxındırlar və bu real hədəfdir.
Williams, Toro Rosso və Force İndia bizdən bir az öndədirlər, lakin fərqi bağlamaq mümkünsüz deyil. Əlimizdən gələni edərək, bacardığımız qədər çox xal alacağıq”.