F-1.az xatırladır ki, kanadalı milyarder Lourens Strollun komandasının keçənilki Mercedes maşınını nüsxələməsi peletonda orta qrupun komandaları tərəfindən birmənalı qarşılanmayıb.
Racing Point-un mühəndisləri hesab edirlər ki, bu yanaşmada qadağan olunmuş heç bir şey yoxdur – komandalar hər zaman bir-birilərinin fikirlərini mənimsəmişlər və keçən həftə komandanın texniki direktoru Əndi Qrin bunu bir daha təsdiqləyərək, güc qurğusu və ötürmələr qutusunu Mercedes-dən aldıqları üçün fərqli bir maşın qura bilmədiklərini söyləyib. Qrinin fikrincə, məhz bu iki elementin və onların soyutma sisteminin xüsusiyyətləri maşının arxa konfiqurasiyanı müəyyənləşdirir, ona görə də belə böyük oxşarlıq qaçılmazdır.
Buna baxmayaraq, güclü bir rəqibin peyda olması Renault və McLaren tərəfindən susqunluqla qarşılanmayıb və onlar şübhəsiz ki, yeni RP20-nin qanuniliyi ilə bağlı FİA-ya sorğu göndərəcəklər, çünki komanda aerodinamik elementləri özü müstəqil hazırlamalıdır, amma yeni RP20-nin nəinki arxa hissəsi, eləcədə burun və yan elementləri də keçənilki Mercedes-ə çox bənzəyir…