F-1.az xatırladır ki, ötmələrin çoxalması üçün ön və arxa qanadda, saydpodlarda bəzi dəyişikliklər edilib. Bəzi sürücülər yeni reqlamenti dəyərləndirməyə tələsmir. Amma Rikkardo rəqibin arxsında olarkən özünü yaxşı hiss edib: “Əslində yaxşı görünür. O zaman daha sürətli gedirdim. Önümdə kim olduğunu bilmirdim. Deyəsən, yanacaq yükü çox idi. Bəlkə də buna görə izləmək asan oldu, amma özümü yaxşı hiss etdim”.
Lakin Rikkardonun komanda yoldaşı Hülkenberq pozitiv düşünmür: “Heç bir bolidi izləmədim. Bir neçə dəfə hava kisəsinə daxil oldum. Ancaq düşünürəm ki, ötmələr çətin olacaq. Sürət yüksəkdir. Xüsusilə əylənmə zamanı daha gec əyləcə basırıq. Hücum etmək çətin görünür”.