Renault Sport şirkəti V6 motorunu təqdim edib

Renault Sport şirkəti jurnalistlərə 2014-cü ildə Formula1-də istifadə olunacaq V6 turbomotorunu göstərib. Xatırldaq ki, keçən ayın əvvəlində Mercedes-Benz şirkəti də […]

Renault Sport şirkəti jurnalistlərə 2014-cü ildə Formula1-də istifadə olunacaq V6 turbomotorunu göstərib. Xatırldaq ki, keçən ayın əvvəlində Mercedes-Benz şirkəti də hazırladığı V6 motorunu göstərmişdi.

Yeni Renault motoru cəmi 155 kq-dır və 600 at qüvvəsi hasil edir. Reqlamentə uyğun olaraq, yeni motorda dirsəkli valın dəqiqədə dövriyyəsi 15 minlə məhdudlaşdırılıb. Yeni motor turbindən əlavə iki elektromotorlu ERS sistemi ilə təchiz olunub – ERS əlavə 160 at qüvvəsi təmin edir. Ümumi güc qurğusu Power Unit 2014 adlanacaq.

Renault-Nissan alyansının prezidenti Karlos Qon bildirib ki, “35 il ərzində Renault Sport şirkəti yanacağa qənaət edilməsi, sürtünmənin azaldılması və effektiv soyutma sistemlərinin hazırlanması kimi məsələlərdə böyük təcrübə toplayıb. Formula1-də yeni qaydaların qüvvəyə minməsindn sonra elektrik sistemləri motorların çox vacib hissəi olacaq – bu isə bizim şirkətin elektrotexnologiyalar sahəsində strateji üstünlüklərimizə uyğun gəlir.”

Renault Sport şirkətinin başçısı Jan Mişel Jalinye qeyd edib ki, şirkət müştərilərinin sayını da artırmağa hazırdır. Hazırda Renault motorlarından dörd komanda istifadə edir: Red Bull, Lotus, Williams və Caterham. Artıq məlumdur ki, Toro Rosso komandası da motor təchizatçısını dəyişmək istəyir…

motor-6
motor-7

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*