Renault Sport resurlarının 70%-ni V6 turbo motorların hazırlanmasına yönəldib

Renault Sport şirkətinin icraçı direktoru Jan Fransua Kobenin sözlərinə görə, hazırda şirkətin resurlarının böyük bir hissəsi 2014-cü ildən Formula1-də tətbiq […]

Renault Sport şirkətinin icraçı direktoru Jan Fransua Kobenin sözlərinə görə, hazırda şirkətin resurlarının böyük bir hissəsi 2014-cü ildən Formula1-də tətbiq olunacaq yeni V6 turbo motorların hazırlanmasına yönəldilib.

Amma paralel olaraq hazırkı V8 motorların təkmilləşdirilməsi də davam edir – düzdür, Formula1-də motor reqlamentinin “dondurulması”na baxmayaraq, mühəndislər RS27-nin etibarlılığını və effektliyini artırmaqla kartoqrafiyasını da yaxşılaşdıra bilərlər. Xatırladaq ki, bu il çempionatda şirkətin dörd müştəri komandası çıxış edir…

Jan Fransua Kobe: “Hazırda biz resurslarımızın 70%-ni yeni motor üzərində işə yönəltmişik. 2014-cü ildə KERS motora inteqrasiya olunacaq, ona görə də Red Bull komandası bizim təkcə motorlardan deyil, həm də rekuperasiya sistemindən istifadə edəcək.”

Hazırda çempion komandası özünün müstəqil hazırladığı KERS-dən istifadə edir, həmin sistem Caterham maşınlarına da quraşdırılıb.

V8 motorları üzərində işə gəlincə, bu ilin sonunda iş tam dayandırılacaq – 2013-cü il yalnız V6 motorlarına həsr olunacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*