Renault şirkəti Red Bull-u mühərriklə təmin etmək istəyir

Renault şirkəti 2017-ci ildə də Red Bull-u mühərriklə təmin etmək istəyir.

F-1.az xatırladır ki, Renault şirkəti Red Bull komandasını 2007-ci ildən bəri mühərriklə təmin edir. Bu tərəfdaşlıq keçən il bitməyə çox yaxın olsa da, nə Mercedes, nə Ferrari, nə də Honda şirkətləri Red Bull komandasına mühərrik vermədilər. Beləliklə də, Red Bull 2016-cı ildə TAG Heuer brendli Renault mühərriklərindən istifadə etməli oldu.

Renault komandasının idman direktoru Frederik Vassyör 2017-ci ildə də Red Bull-u mühərriklə təmin etmək istədiklərini deyib: “Onlarla işləmək bizim başımıza gələn ən gözəl hadisədir. Bu bizim üçün çox vacibdir.

Red Bull həmişə şassisinə görə ən güclü komandalardan biri olub. Onlar bizim harada olduğumuzu görməyə və düzgün hədəflər seçməyimizə kömək edirlər.

Biz buna görə də Red Bull ilə yeni müqavilə bağlamaq istəyirik.

Biz təzyiq altında işləməliyik. Əgər bunu bacara bilməsək, evimizə qayıdarıq və fərqli bir iş görərik. Təzyiq altında işləmək yaxşıdır və biz bunu bacarmalıyıq”.

Qeyd edək ki, yeni qaydalara əsasən, komandalar yeni mövsümdə hansı mühərriyi istifadə edəcəklərini mayın 6-na kimi FİA-ya bildirməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*