F-1.az bildirir ki, Siril Abitebul son açıqlamasında avstriyalı komandaya verdikləri vaxtı daha iki həftə uzatdıqlarını deyib: “Bir çox qələbələrin qazanıldığı 12 illik əməkdaşlıqdan sonra Red Bull-la işləməyə davam etmək bizim üçün xoş olar. Lakin əsas problem zamandır. Mayın 31-dən sonra biz onlar üçün gələn ilə motor hazırlayacağımıza zəmanət verə bilmərik. Ayın sonuna qədər vaxt var və biz onlara verdiyimiz müddəti daha iki həftə uzadırıq”.
Digər seçim isə McLaren-dən ayrıldıqdan sonra Toro Rosso-nu motorla təchiz edən Honda-dır. Red Bull rəhbərliyinin Bakıda yaponlarla danışıqlar apardığı, müzakirələrin İspaniya Qran Prisi günlərində davam etdiriləcəyi bildirilir…