F-1.az bildirir ki, fransızların yerini Formula E-də Renault-Nissan alyansının digər üzvü – Nissan şirkəti tutacaq. Renault şirkəti öz qərarını Formula1 proqramına köklənmək arzusu ilə izah edib.
Tyerri Koskas, satış və marketinq üzrə Renault-nun icraçı vitse-prezidenti: “Formula E çempionaının ilk 3 mövsümü çox gözəl keçdi, biz inanırıq ki, dördüncü mövsümdə də bizim Renault e.dams komandamız rəqabətədavamlı olacaq. Bu sahənin pioneri kimi biz yüksək keyfiyyətli elektromobillər və enerji məsrəfi barədə kifayət qədər məlumat topladıq, bununla birbaşa müştərilərimizə xeyir veririk.
Formula E-də 4-cü mövsümü başa vurduqdan sonra bütün resurslarımızı Formula1-dəki iddialı məqsədlərimizin reallaşdırılmasına yönəldəcəyik. Eyni zamanda, alyansın digər üzvü olan Nissan şirkətinin çempionatda iştirakı sayəsində mənfəət əldə etməyə davam edəcəyik. Alyans çərçivəsində mühəndislər aldıqları məlumaları bölüşə bilərlər, bu isə bütün brendlərə xeyir verə bilər…”