F-1.az xatırladır ki, ispaniyalı sürücü hazırda Red Bull şirkətinə məxsusdur və hazırda Renault komandasında icarə əsasında çıxış edir.
Siril Abitebul: “Planlar qurmalı və özümüzü ən pis ehtimala hazırlamalıyıq. Ən pis ehtimal isə Karlosun bizim komandadan ayrılması ola bilər. Buna görə də plan qurmalıyıq. Növbəti mövsümün bolidi üzərində işləməyə başladıq və bu həftə onunla toplantı edərək gələn il üçün planını və hədəflərini müzakirə etdik. Belə düşünməsək belə, bizdən ayrılacağı ilə bağlı şübhələrimiz var. Bu, ola bilər. Amma bu halın performansımıza təsir göstərməsini istəmirik”.