F-1.az xatırladır ki, 23 yaşlı sürücünün adı son zamanlarda McLaren-lə də hallanır.
Siril Abitebul: “Düzünü desəm, Karlosu hələ də transfer etmək istəyirik. Bilirik ki, Red Bull komandası ilə çoxillik müqaviləsi var, amma onlarla çox sayda danışıqlara girmişik. Nələr olacağını bilmirik, amma Karlosu transfer etmək əla olardı. Red Bull-dan xəlvət iş görmədiyimjz üçün bu barədə raharlıqla danışırıq. Sayns çox istedadlı sürücüdür və Red Bull-un komandada saxlamaq istəyini anlayırıq. Əgər onlarla razılaşa bilsək, çox güclü sürücü heyətimiz ola bilər. Sayns bizə hədəflərimizə çatmaqda kömək edə bilər. Ümid edirəm ki, danışıqlar müsbət nəticələnər”.