Renault Red Bull-a maya qədər vaxt verib

Renault şirkəti qərar vermək üçün Red Bull komandasına may ayına qədər vaxt verib.

F-1.az xarırladır ki, “qırmızı öküzlər”in Renault ilə müqaviləsi ilin sonunda bitəcək. Avstriya təmsilçisinin rəhbəri Kristian Horner bildirib ki, bu il Honda-nın performansına baxdıqdan sonra qərar vermək istəyirlər. Buna görə də fransızlar Red Bull komandasına mayın 15-ə qədər möhlət veriblər.

Siril Abitebul: “Sonsuza qədər gözləməyəcəyik. Seçim deyəndə Kristianın nəyi nəzərdə tutduğunu bilirəm. Onun kimi müqavilələri oxuyuram. İdmanın reqlamentini bilirəm. Plana görə Red Bull-un son söz deməsi üçün vaxtı olacaq. O da idman reqlamentində yazılıb. May ayının sonuna kimi haradan mühərrik alacaqlarını dəqiqləşdirməlidirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*