F-1.az xatırladır ki, Renault komandası keçən ilin sonunda Lotus komandasını satın alaraq, Formula1-ə qayıdıb.
Vassyör komandanın hədəflərindən danışıb: “Lotus-u satın alma müddəti uzun çəkdi. İlk toplantıda biz hədəfləyirdik ki, birinci testlərdə iştirak edək.
Demək olar ki, heç nəyi yeniləyə bilmədik. Başqa mühərrik üçün yığılmış şassiyə Renault mühərriyini yerləşdirmək məcburiyyətində qaldıq.
Qısa müddətdə həfəfimiz yoxdur. Mən deyə bilmərəm ki, bu il biz 7-ci və ya 8-ci olacayıq.
Əlbəttə, pis fikirləşmək lazım deyil. Bu bizə psixoloji cəhətdən pis təsir edə bilər. Əhval-ruhiyyəni yüksək tutmalıyıq.
Mövsüm ərzində fərqli bolid təqdim edərikmi? Əvvəlcə Melburnda alacağımız nəticəyə baxmalıyıq. 2017-ci ildə qaydalar necə olacaq, bilmirik. 2017 qaydalarına fokuslansaq da, 2016 bolidinin üstübdə işləməyə davam edəcəyik”.