F-1.az xatırladır ki, Renault mühərrikləri keçən il Honda-dan sonra ən etibarsız mühərrik olmuşdu.
Siril Abitebul: “Bu il dizaynda dəyişiklik olacaq. Performansı yaxşılaşdırmaq üçün əksər detalları dəyişdiririk. Bundan başqa keyfiyyət üzərində də gərgin işləyirik və yeni detallarla qəddarcasına davranırıq. Dəzgahda gördüyümüz iş özünü trasda əks etdirməlidir. Qış testlərinə qədər yaxşı məhsul hazırlayacağıq”.