F-1.az xarırladır ki, 16 yaşlı Qarsiya 2015-ci ildə CİK-FİA Academy Trophy və Trofeo İndustre KFJ seriyalarında çempion olub. Keçən il isə Avropa Çempionatında 4-cü olub. Bundan başqa keçən il bəzi yarışlara çıxdığı İspaniya F4 seriyasında bu il bütün yarışlarda iştirak edəcək.
Qarsiya indiyə kimi yetişdirilmiş ən güclü qadın sürücü kimi təqdim edilir və gələcəkdə Formula1-də yarışmaq ehtimalı böyükdür.
Renault-nun gənc sürücü akademiyasına qoşulan digər istedad isə 16 yaşlı Lundqaarddır. O da Qarsiya kimi bu il Formula4-də çıxış edəcək. Kristian ralli üzrə Avropa çempionu Henrik Lundqaardın oğludur və KFJ seriyasında titula sahibdir.
Beləliklə, Qarsiya və Lundqaardla birlikdə Renault-nun gənc sürücü proqramındakı tələbələrin sayı 6 oldu. Akademiyadakı digər sürücülər isə – Cek Aytken, Sun Yu Yan, Maks Fyutreĺl və Yarno Opmerdir.