F-1.az xatırladır ki, Colion Palmer testlərin 5-ci günündə mühərrik problemi yaşasa da, nahardan sonra sükan arxasına keçən Niko Hülkenberq yaxşı gün keçirdib.
Bob Bell: “Bizim üçün faydalı gün idi. Planlaşdırdığımızdan az dövrə vursaq da, test etmək istədiyimiz detalların çoxunu sınadıq.
Testlərin 5-ci günündə mühərriyi dəyişməli olduq. Bunun hesabına Niko nahardan sonra yaxşı gün keçirdi. Xüsusən də Soft təkərlərlə yaxşı performans göstərdi. Növbəti günlərdə daha çox inkişaf etmək istəyirik”.
Niko Hülkenberq də öz təəssüratlarını bildirib: “Yaxşı gün oldu və proqramı tamamlaya bildik. Bəzən külək çoxalır və bolidə təsir edir. Sazlanmaları və təkərləri daha yaxşı anladıq. Artıq əlimizdə çoxlu məlumatlar var”.