Renault problemi həll edib

Renault komandasının texniki direktoru Nik Çester arxa qanad problemini həll etdiklərini deyib.

F-1.az bildirir ki, Daniel Rikkardo testlərin ikinci günündə ilk döngəyə gələrkən arxa qanadın üst hissəsi qopub, nəticədə avstraliyalı sürücü yerində fırlanaraq divara çırpılıb. Problemin DRS-ə görə yaşandığı məlum olub və buna görə də çərşənbə günü Niko Hülkenberqin maşınında bu sistemdən istifadə edilməyib. Lakin problem həll olunduqdan sonra komanda sistemi Rikkardonun maşınında aktivləşdirib.

Nik Çester: “DRS ilə bağlı problemimiz oldu. Bağlantı çubuğu qopdu və detal fırlandı. Kənardan baxanda problemi həll etmək asan görünürdü. Problemi anladıq, həll etdik və bu gün DRS-dən istifadə edirdik. Nahardan sonra bəzi şeyləri yoxladıq və sıralanma tempində bu sistemi yenidən sınadıq. Daha böyük qanad və daha çox yük var. DRS üçün də geometriya dəyişib. Çünki bu il fərqli hərəkət xətti var. Buna görə də xırda dəyişiklik etdik.

R.S.19-un performansından razıyıq. Amma anlamaq çətindir. Çünki fərqli yanacaq yükləri və mühərrik rejimləri var. DRS bəzən açıq, bəzən qapalı olur. Məncə, vəziyyətimiz yaxşıdır. Yavaş-yavaş fərqləri görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*