F-1.az xatırladır ki, Renault komandasının sürücüsü Palmer mövsümün ilk yarışına 19-cu yerdən başlamış və əyləc probleminə görə mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Colion Palmer: “Yarışdan bir neçə saat sonra boliddə bəzi problemlər tapdıq. Onsuz da yarışda problemin olduğu aydın idi. Şənbə günündən etibarən arxa köndələn amortizatorda problem var idi və düzgün işləmirdi.
Amma burada hər şeyə yenidən başlayıram. Təmiz bir səhifə açıram. Şənbə günü boliddə bəzi problemlərin olduğunu hiss etmişdim. Başa düşdük ki, nəsə işləmir. Çətin həftəsonu idi. Bu cür səhvlərdən dərs çıxarmalıyıq. Bütün bunları düzəltmək asandır və hər şeyə sıfırdan başlaya bilərik”.