Renault Palmeri yenidən yarışdıracaq?

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Colion Palmeri dəstəkləməyə davam edəcəklər.

F-1.az xatırladır ki, Renault pis nəticələrinə görə Palmeri Yaponiya yarışından sonra komandadan təqaüdə göndərmiş, əvəzinə isə Karlos Saysı gətirmişdi.

Siril Abitebul: “Məncə, Colion və ailəsi gələcəkləri barədə düşünə bilərlər. Alternativlərə baxdıq. Bu barədə açıq danışmaq istəmirəm, amma inanmıram ki, nə Colion nə də Conatan bizim köməyimizi inkar edələr. Araşdırmalarımızın indiyə kimi nəticəsi olmasa da, gözləyəcəyik. Renault-nun avtoidmanda böyük ailəsi var və çoxlu seriyalarda iştirak edirik. Bəlkə də, zamanlama problemi oldu. Daha əvvəl olsaydı, yarışdığımız seriyalarda yer tapa bilərdik. Coliona kömək edəcəyik. Məncə, o dünya səviyyəli çempionatda yarışmağa layiqdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*