Renault Palmerə yeni şassi verəcək

Renault komandası Colion Palmerin Monakodakı qəzasından sonra bildirib ki, onlar Kanadaya yeni şassi gətirəcəklər.

F-1.az xatırladır ki, Palmer yarışın 8-ci dövrəsində start-finiş düzlüyündə bolidinin idarəetməsini itirərək, qəza etmişdi. Beləliklə, britaniyalı sürücü Monakoda mübarizəni dayandıran ilk sürücü olmuşdu. Bolid baryerlərlə ilk təmasdan sonra sürətini itirməyərək ilk döngədəki baryerlərə qədər sürüşmüşdü. Buna görə də bolid ciddi şəkildə xəsarət almışdı.

Palmer qəzadan xəsarət almadan çıxsa da, bolidin monokokunun ön hissəsi yararsız hala düşmüşdü. Buna görə də Renault komandası Kanadada yeni şassidən istifadə edəcək. Bu barədə Nik Çester danışıb: “Colionun qəzasına görə Kanadada yeni şassi istifadə edəcəyik. Bolid bariyerlərə iti bucaq altında çırpıldığı üçün şassinin ön hissəsi xəsarət alıb. Bundan başqa, yeni şassimiz var idi və bunu istifadə etmək daha məntiqli gəldi. Bəxtimiz gətirdi ki, şassi demək olar hazır idi və Kanadada tam hazır olacaq”.

Formula1 karyerasındakı ilk qəzasını edən Palmerin ayağı zədələnmişdi. Britaniyalı sürücü bu barədə belə danışıb: “Məlumatları təhlil etdik və piyada keçidi üzərində olan ağ xətlərdən keçərkən, asfaltla ilişmənin itdiyini gördük. Qaz pedalına basdığım zaman bolidin idarəetməsi itdi və bariyerlərə çırpıldım. Səhv vaxtda səhv yerdə idim.

Ayağım bir az göyərdi, amma ən çox zərər görən bolidim və eqom oldu”.

Xatırladaq ki, Kanada yarışından etibarən Palmer də Renault-nun yeni mühərriyindən istifadə edəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*