F-1.az xəbər verir ki, dərc olunmuş şəkillərdə bolidin üzərində 13 rəqəmi var ki, bu, komandadakı yerini itirəcəyi danışılan Pastor Maldonadonun sürücü nömrəsidir. Həmçinin, onun sponsoru PDVSA şirkətinin loqotipinin əks olunması da diqqəti cəlb edir.
Şəklin altında Alan Permeynə aid olan bu sözlərə yer verilib: “Sirr deyil ki, 2016-cı ilin bolidi ilkin olaraq Mercedes mühərriyi üçün dizayn edilib, amma indi o, Renault mühərrikinə sahib olacaq”.