Renault-nun güc qurğusunda dəyişiklik edilib

Renault komandasının sürücüləri Niko Hülkenberq və Karlos Sayns Çində sıralanma turundan əvvəl ikinci MGU-H generatoruna keçiblər.

F-1.az bildirir ki, reqlamentə əsasən, hər sürücü mövsüm ərzində 3 MGU-H generatorundan istifadə edə bilər və limiti keçdikdən sonra edilən hər birdəyişikliyə görə startda yer itirmək cəzası gəlir.

Mövsümün ilk yarışları olmasına baxmayaraq, bəzi sürücülər güc qurğusunda yeni elementlərə keçiblər.

Renault komandası hər iki sürücüdə də MGU-H generatorunun dəyişdirildiyini deyərkən, səbəbini açıqlamayıblar.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*