Avropa Qran Prisi iki həftədən sonra başlayacaq, amma Formula1 komandalarının ehtiyat hissələri və avadanlıqlarla dolu avtoqatarları artıq dünəndən Valensiyaya gəlməyə başlayıb. İspaniyanın AS qəzetinin verdiyi xəbərə görə, yarışa ilk gələn cərimə olunmuş Renault komandasının avtoqatarlarıdır. Hələlik onlar Rikardo Tormo avtodromundadır, burdan Valensiyanın şəhər trasına cəmi yarımsaatlıq yoldur.
Renault-nun Macarıstan Qran Prisinin stüardlarının qərarına qarşı protestinə Apelyasiya Məhkəməsi bir həftədən sonra baxacaq, qərar isə səhərisi gün elan olunacaq. Əgər komandaya Qran Prisnin startına çıxmağa icazə versələr, Renault-nun Ənstoundakı bazasından start almaq gec olardı, ona görə də sarı-ağ avtoqatarlar Valensiyaya vaxtından əvvəl gəliblər…