Renault-nu çətin günlər gözləyir

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Okon və Rikkardo cütlüyü gələn il komandanın işini çətinləşdirə bilər.

F-1.az xatırladır ki, fransalı sürücü gələn il Renault komandasında Daniel Rikkardo ilə komanda yoldaşı olacaq.

Siril Abitebul: “Bəzən uzun illər karyerası olan sürücülərə sahib olmaq problemlidir. Çünki onlar əsasən idmanda qalmağa cəhd edirlər və qələbə onlarçün ikinci plana düşür. Elə adamları şirkətdə görmək istəmirəm. Məni səhv başa düşməyin. Hülkennerqi nəzərdə tutmuram. Ancaq gənc sürücünüz olanda gələcəyi üçün mübarizə aparır və hər şey dəyişir. Okonun gəlişi komandaya kömək edəcək. Lakin Rikkardoyla Estebanı idarə eləmək çətin olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*