F-1.az xatırladır ki, Renault 2015-ci ilin sonunda Lotus-u satın alaraq, idmana qayıdıb və hər mövsüm texniki heyətini artırır.
Bob Bell: “Komandamız çox düzgün idarə edilir. Keçən il 6-cı olduq. Bu il rahatlıqla 4-cü yeri tutmalıyıq. Force İndia bu yolla məqsədinə çata bildi. Bənzər resurslarla biz də eynisini edə bilərik. Bu məqsədimizə çatmamış daha çox işçi və resurs üçün pul xərclənməyəcək. Özümüzü isbatlamalıyıq. Bunu bacardıqdan sonra ilk üçlükdə mübarizə aparmaq üçün sərmayə qoya bilərik. Çünki onların resursları fərqli liqadadır”.