F-1.az bildirir ki, Renault mühərriyi ilə işləyən hər 3 komanda Avstriyada bu mühərrikdən istifadə edəcək. Beləliklə, Red Bull komandası sıralanma turunda Mercedes və Ferrari ilə mübarizə apara biləcək.
Red Bull şirkətinin idman direktoru Helmut Marko bu barədə danışıb: “Motorun quruluşunda fərq olmasa da, idarə qurğularında fərqlilik var. Renauıt ilə apardığımız danışıqlardan sonra zavod komandası ilə birlikdə Avstriyada yenilikləri aldıq”.
Renault Sport-un rəhbəri Siril Abitebul isə bunları bildirib: “Fransada sistemi test etsək də, sıralanma turunda istifadə etmədik. Həmişə dediyim kimi mühərrik verdiyimiz komandalar fərqli yanacaqlardan istifadə edir. Lakin bunun üzərində müzakirə apardıq və bütün komandalara bərabər davranacağıq. Sıralanma rejimli mühərriyi tanıtmağımız əla xəbərdir və faydalarını Avstriyada görəcəyik. Trasda fərqini görməmiş gözlənti yaratmaq istəmirəm. Sistemi bir növ yanacağa görə düzəltmək problem deyil, ancaq fərqli tip yanacaqlara görə yığmaq üçün vaxt lazımdır. İlk dəfə 3 komanda fərqli yanacaqlarla sistemimizi istifadə edəcək”.