Renault mühərriyin gücünü artırır

Renault Sport müştərilərinin Çin yarışında mühərrik gücünü artırmasına icazə verib.

F-1.az xatırladır ki, fransalı istehsalçı mühərriyin etibarlılığına əmin olmaq üçün mövsümə gücü azaladaraq başlamışdı. Amma ilk yarışlarda etibarlılıqla bağlı problem yaşanmayıb.

Siril Abitebul: “Əvvəldən dediyimizi edirik. Etibarlılığı yoxlamaq istədik və bu, tamamlandı. Rikkardo ilə Bəhreyndə problemimiz oldu, amma bunun səbəbi hələ də bilinmir. Şassidən və ya mühərrikdən qaynaqlandığı müəmmalıdır. Elektronika ilə bağlı problem idi və batareyaya təsir etdi. İndiyə kimi hər şey plana uyğun gedir. Güc qurğusu üçün yeni detallar hazırlanır. Daxiliyanma mühərriyi, yanacaqla bağlı yeniliklər olacaq. Amma hamı üçün yox. Hamı eyni yanacaqdan istifadə etmir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*