F-1.az xatırladır ki, Fransa təmsilçisi testlərdə güclü performans göstərib. Artıq hər kəs Renault-nun podium uğrunda mübarizə aparacağına inanır.
Siril Abitebul: “Mühərrik cəhətdən zəifliyimiz aradan qalxıb. Bu il üçün hədəflərimiz yüksəkdir. Mühərrik problemləri bizi geriyə salırdı. Lakin qışda stenddən gələn nəticələr əla idi. Məlumatlar trasla uyğun gəlir. Yenidənqurma işlərində böyük addım atmışıq. Lakin mühərrik cəhətdən nə qədər gücləndiyimizi Melburnda görəcəyik. Dəqiq rəqəm demək istəmirəm, amma 20-50 at qüvvəsi təkmilləşmişik”.