F-1.az xatırladır ki, Renault komandası Belçika və İtaliya yarışlarında yaxşı performans göstərmiş və dördüncü yerdəki McLaren komandası ilə fərqi xeyli azaltmışdı.
Siril Abitebul: “Daniel mühərrikimizin inkişafından xəbərdardır. Kanada, Belçika və İtaliyadakı performansımız mühərriklə bağlı tənqidlərin doğru olmadığını göstərdi. Lakin etibarlılıqla bağlı problemlərimiz var. Artıq bu sahə üzrə işləməliyik. Mühərrik cəhətdən öndəkilərə çatmaq istəsək də, bunun üçün vaxt lazımdır. Son yarışlarda 1000 at qüvvəsini keçmişik. Buna inanmayanlar var, ancaq məlumatlar bunu göstərir. Lakin həmişə o gücdən istifadə edə bilmirik. Çünki risklidir”.
Renault motorunun gücü 1000 at qüvvəsini keçib
Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Renault mühərrikləri artıq 1000 at qüvvəsindən daha güclüdürlər.