F-1.az xəbər verir ki, Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko hətta ilk yarışlardan Renault motorlarının Ferrari motorlarından geri qalmayacağını bildirib.
Helmut Marko: “Biz ümidverici əlamətlər görürük, liderlə fərq getdikcə azalır. Mövsümün Avropa hissəsi başlayana qədər yaxşı formada olmalıyıq. Əgər Ferrari irəliyə doğru ciddi addım atmasa, bizim güc qurğumuz onlarınkı ilə eyni olmalıdır, ancaq Mercedes-in səviyyəsinə hələ çata bilmirik. Lakin aradakı fərq çox deyil və bizim şanslarımız var. Mən hələ dəqiq bilmirəm ki, bu il qüvvələr nisbəti necə olacaq. Amma güman edirəm ki, Mercedes-in son mövsümlərdəki ciddi üstünlüyü artıq olmayacaq”.