Renault motorçuları Red Bull-u gözləməyəcəklər

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Red Bull-un qərarını Avstriya yarışına qədər gözləməyəcəklər.

F-1.az xatırladır ki, Renault müştərisi Red Bull-a mühərriklə bağlı qərar vermək üçün may ayına qədər vaxt versə də, Avstriya təmsilçisi ev trası olan Red Bull Rinqdəki yarışdan sonra qərar vermək istəyir. Amma Abitebul bildirib ki, Fransada müştərisindən konkret cavab gözləyir: “Hazırda əllərində bütün məlumatlar var. Bilmirəm qərarı niyə gecikdirirlər. Reqlamentə əsasən, maya qədər qərar verilməli idi. Ancaq 12 illik tərəfdaşlığımıza görə vaxtı bir az da uzatdıq. Amma müəyyən müddətdən sonra onların şərtləri və bizim təklifimiz keçərli olmayacaq. Onlar Kanadaya qədər gözləmək istəyirdilər. Monrealda həm bizdə, həm Honda-da yeni versiya mühərrik var idi. Bütün məlumatlara sahibdirlər. Qərarın təxirə salınması üçün heç bir səbəb görmürəm. Avstriya yarışını gözləməyəcəyik. Çünki detallar üçün lazımi resursu ayırmalıyıq. Onsuz da geridə qalmışıq. Vaxtı müəyyən edən Red Bull yox, Renault-dur.

Bu mövzünu həftəsonundan sonra danışırıq. Bazar günü axşam yox. Çünki yarışdan sonrakı emosiyaların yatmağını gözləyib danışmaq daha məsləhətlidir. Ancaq Fransada onların qoyduğu müddəti gözləməyəcəyik. Mənim qoyduğum son tarix var və onlar bundan xəbərdardır. Amma həmin tarix Avstriya yarışının keçirildiyi gün deyil. Avstriyada masanın üstündə Renault seçimi olmayacaq. Ancaq Honda ilə danışacaqlar. Bizdən təklif istədilər və biz də təqdim etdik. Bunu bir neçə gün ərzində qəbul etməlidirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*