F-1.az xatırladır ki, “qırmızı öküzlər”in Renault ilə müqaviləsi ilin sonunda başa çatır. Lakin Avstriya təmsilçisi yeni müqavilə bağlamağa tələsməyərək, Honda alternativini dəyərləndirir.
Siril Abitebul: “Red Bull-un 2019-cu ildə hansı mühərrikdən istifadə edəcəyini öyrənməliyik. Çünki detalları sifariş edib işə başlamalıyıq. İnsanlar deyir ki, keçən il McLaren-lə gec müqavilə bağladıq və eyni formada Red Bull-la da müqavilə bağlaya bilərik. Amma arada bir fərq var idi. McLaren bizim üçün yeni müştəri deyildi. Sadəcə Toro Rosso komandasını əvəzləmişdilər. Yəni biz bilmirik ki, gələn il 2 və ya 3 müştəri ilə işləyəcəyik. Biz Red bull-la hər şeyi danışdıq və onlardan mayın 15-ə qədər cavab gözləyirik. Ortada taktika yoxdur. Detalların sifarişi üçün Red Bull qərar verməlidir”.