F-1.az xəbər verir ki, FİA Renault-nun maşınının arxa qanadının reqlamentə uyğun olmadığını açıqlayıb. Komanda R.S.17-nin arxa qanadında dəyişikliklər edəcək.
Maşının arxa tərəfindən uzanan şaquli element qanada yox, bir başa DRS-i aktivetmə hissəsinə bərkidilib. Komandalar həmin hissəni aerodinamik qazanc əldə etmək üçün mümkün qədər uzatmağa çalışırlar, lakin reqlament buna yol vermir və qanada bərkidilməsi tələb olunur. FİA Melburnda onlara heç bir irad tutulmaması üçün komandaya bunu dəyişməyi məsləhət görüb.