Renault: Komandaya B.Bell başçılıq edəcək

Alen Prostun Renault-ya gəlməsi xəbəri şayiə olaraq qaldı, ən azı bu mövsümdə. Bu gün Renault şirkəti zavod komandasında kadr dəyişikliyi […]

Alen Prostun Renault-ya gəlməsi xəbəri şayiə olaraq qaldı, ən azı bu mövsümdə. Bu gün Renault şirkəti zavod komandasında kadr dəyişikliyi barədə elan edib – mövsümün qalan yarışlarında komandaya texniki direktor Bob Bell başçılıq edəcək. Komandanın mətbuat xidməti rəsmi bəyanat yayıb…

Bəyanatda deylir: “Renault F1 Team komandası son hadisələrə operativ reaksiya verib və mövsümün sonuna qədər qüvvədə olacaq komandaya müvəqqəti rəhbərlik edəcək struktur təşkil edub. Komandada aşağıdakı yerdəişmələr baş verib:

Bob Bell, hazırkı texniki direktor komandaya başçılıq etməklə yanaşı baş mühəndisin də vəzifələrini icra edəcək.

Jan Fransua Kobe, hazırkı ictimaiyyətlə əlaqələr şöbəsinin başçısı indi icraçı direktor vəzifəsini daşıyacaq.

Onlar hər ikisi komandanın prezidenti Bernard Reyə tabe olacaqlar.

Bob Bell mövsümün qalan bütün yarışlarında idman və texniki məsələlər üzrə danışıqlarda komandanı təmsil edəcək.

Renault F1 Team komandası bir daha bildirir ki, Sinqapur qalamqalı barədə heç bir şərh verməyəcək.”

Bob Bell Formula1-ə aviasiyadan gəlib, karyerasını McLaren-də başlayıb və 1997-ci ildə Benetton-a keçib. Jordan-la qısamüddətli əməkdaşlıqdan sonra britaniyalı mütəxəssis yenidən əvvəlki komandasına qayıdıb, amma komandanı artıq Renault almışdı, 2002-ci ildən o komandanın texniki direktoru idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*