Renault komandasından Hülkenberqə bəy tərifi

Renault Sport-un rəhbəri Siril Abitebul bildirib ki, Niko Hülkenberq Əbu Dabidə heyrətamiz iş görüb.

F-1.az xatırladır ki, Əbu Dabi yarışından əvvəl Renault komandası Toro Rosso-dan 6 xal geridə qalırdı, amma Hülkenberq mövsümün son yarışında 6-cı olaraq komandasına 8 xal qazandırıb və fransızlar mühəndislər kubokunda 6-cı yerə yüksələrək əlavə 6.5 milyon dollar pul qazanıblar.

Siril Abitebul: “Çox həyəcanlı idi və hazırda hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Niko xüsusən də sıralanma turunda əla iş gördü. Bolidi yaxşı sürdüyünü yenə də göstərdi. Təbii ki, bu komanda işidir və bu uğura bir yerdə nail olduq. Amma onun rolu danılmazdır.

Cəzanı görəndə bir az qorxduq, amma doğru verilmiş qərar idi. Biz də düzgün strategiya seçərək, itirilən vaxtı kompensə etdik.

Pit-stoplar ən zəif yerlərimizdən biridir. Gələn il daha güclü olmaq üçün işləyəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*