Renault keçən ilin sonunda Lotus komandasını alaraq Formula1-ə zavod komandası kimi qayıdıb. Renault o gündən etibarən komandaya yeni əməkdaşlar cəlb edir.
Frederik Vassyör: “Mövsümün əvvəlindən indiyə kimi 85 yeni əməkdaş komandamıza qoşulub. Bazamız böyüməyə davam edir. Belə idman növündə “sabah gedib 100 işçi yığaq” deyə bilməzsiniz. Bir həftədə 400 işçidən 800 işçiyə yüksələ bilməzsiniz. Bunu pillə-pillə etməliyik. Komandanı gücləndirmək məcburiyyətindəyik. Ad verməyəcəm, ancaq komanda güclənəcək. Komandaya həm yuxarı, həm də aşağı mövqələrə yeni işçilər götürəcəyik. İşə götürəcəyimiz yeni əməkdaşlar bir neçə ay içində layihəyə qoşulacaqlar. İşimizi bir neçə həftə içində görəcəksiniz”.