Renault komandası yeni maşınını təqdim edib

Bir qədər əvvəl Sauber komandasının təqdimat mərasimi qurtardıqdan sonra Valensiyada Renault F1 Team komandası yeni R30 maşınını nümayiş etdirib – […]

Bir qədər əvvəl Sauber komandasının təqdimat mərasimi qurtardıqdan sonra Valensiyada Renault F1 Team komandası yeni R30 maşınını nümayiş etdirib – komanda bu maşına böyük ümidlər bəsləyir və güman edir ki, bu maşın mütəmadi olaraq podium qazanmağa imkan verəcək.

Əvvəlki mərasimdə olduğu kimi hər şey Rikardo Tormo adına avtodromun pit-leynində fotosessiya ilə başlayıb. Komanda ikinci sürücüsünü elan edib – keçən il GP2 seriyasının vitse çempionu rusiyalı Vitaliy Petrov bu mövsüm Robert Kubitsaya yoldaşlıq edəcək. Yeni maşın 80-ci illərdə Renault üçün ənənəvi olan sarı-qara rənglərə boyanıb. Komanda rəhbərliyi əsas və ehtiyat sürücülərlə yeni maşının fonunda şəkil çəkdirdikdən sonra jurnalistlərin suallarına cavab verməyə yollandılar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*