Renault komandası Şuranın qərarını qəbul edib

Nelsinyo Pikenin keçənilki Sinqapur Qran Prisindəki qəzasını müzakirə edən Ümumdünya Şurasının növbədənkənar iclası başa çatdıqdan sonra Renault komandası rəsmi mətbuat […]

Nelsinyo Pikenin keçənilki Sinqapur Qran Prisindəki qəzasını müzakirə edən Ümumdünya Şurasının növbədənkənar iclası başa çatdıqdan sonra Renault komandası rəsmi mətbuat relizi yayıb…

Relisdə deyilir: “Paris, 21 sentyabr 2009-cu il. FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası qərarını elan etdikdən sonra İNG Renault F1 Team komandasının prezidenti Bernard Rey Parisdə toplaşmış jurnalistlər üçün məlumatla çıxış edib:

“Biz təəssüflənirik ki, bu gün Ümumdünya Şurasında belə bir qalmaqal müzakirə olunurdu. Daxili araşdırmalardan sonra keçən həftə biz FİA-ya bildirdik ki, Sinqapurdakı qəza üzrə ittihamları qəbul edirik və komanda daxilində təcili tədbirlər gördük.

Biz Şuranın qərarını tam qəbul edirik və bütün Formula1 ictimaiyyətindən komanda əməkdaşlarının hərəkətinə görə üzr istəyirik. Biz ümid edirik ki, tezliklə bu məsələ unudulacaq və biz bütün diqqətimizi gələcəyə yönəldəcəyik.”

Yaxın günlərdə komanda bu məsələ barədə növbəti məlumatları dərc edəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*