Renault komandası R.S.17-ni təqdim edib

Bir qədər əvvəl Londonda Renault komandasının cari mövsüm üçün hazırladığı R.S.17 maşınının təqdimat mərasimi baş tutub - mərasimdə Fransa avtoistehsalçısının idman bölməsinin rəhbərliyi, sponsorların nümayəndələri və komandanın sürücüləri iştirak ediblər.

F-1.az bildirir ki, maşın əvvəlki rəng çalarlarını saxlayıb, lakin qara rəng daha çox yer alıb. Qeyd etmək lazımdır ki, komandanın yeni təchizatçısı Castrol brendinin loqotipləri də dərhal nəzərə çarpır.

Maşının konstruktiv xüsusiyyətlərinə gəlincə, gözlənildiyi kimi R.S.17-nin forması sürətli alınıb, motor qapağının köpək balığı üzgəci, aşağı salınmış arxa antiqanad və qeyri-adi şəkilli yan panton deflektorları maşına xüsusi forma verir. Maşının burnu keçənilki Mercedes maşınının burnunu xatırladır.

Siril Abitebul: “R.S.17 – Enstoun və Viridəki kollektivlərimizin ümumi işinin son nəticəsidir. Biz bu nəticə ilə fəxr edirik. Bizim komandada bütün səviyyələrdə ən yaxşı mütəxəssislər çalışırlar, Colion Palmerə isə bu il Niko Hülkenberq və Sergey Sirotkin qoşulacaqlar.

Bizim tərəfdaşlarımızın sırasına BP, Castrol, MAPFRE və SMP Racing brendləri qatılıblar. Komandamız böyüyür və bütün sahələrdə inkişaf edir, indi biz bunu trasda təsdiq etməliyik. Bizim məqsədimiz bütün yarışlarda mütəmadi xal qazanmaqdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*