Renault komandası K.Saynsın sponsoru ilə müqaviləni uzadıb

Renault komandası Karlos Saynsın sponsoru Estrella Galicia 0,0 ilə razılaşdıqlarını bildirib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü keçən ilin Amerika yarışından etibarən Renault komandasına keçmiş və şəxsi sponsoru Estrella Galicia 0,0-ı da özü ilə komandaya gətirmişdi. Bu günlərdə ispaniyalı sponsor “sarılar”la yenidən birillik müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətin loqotipləri Saynsın dəbilqəsindən əlavə R.S.18-in yan tərəfində də olacaqlar.

Siril Abitebul: “Saynsın gəlməsiylə bizimlə işləməyə başlayan Estrella Galicia 0,0-ın bu il də sponsorluğa davam etməsi sevindiricidir”.

Xatırladaq ki, ispaniyalı şirkət 2015-ci ildən bəri Toro Rosso-nun sponsorluğunu edirdi…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*