F-1.az xatırladır ki, Meksika Qran Prisindən sonra Maqnussenlə müqavilə bağlanması barədə iddialar yayılsa da, komanda bunu təkzib etmişdi.
Frederik Vassyör: “Namizəd çoxdur və hamısı yaxşı sürücülərdir. Seçim etmək çox çətindir, lakin qərar verməliyik. Bu faktor qərarımızı gecikdirir, lakin Braziliya Qran Prisindən əvvəl hər şeyin dəqiqləşəcəyini düşünürəm. Mətbuatda bir çox şayiələr yayılır, lakin bunlara etibar etməmək lazımdır”.