Renault komandası debütünü zarafatla qeyd edib

Fransız şirkəti Formula1-də debüt illərində maşınlarına verilən adı xatırlayaraq, yubiley münasibətilə buraxdığı məhsullarda bu zarafatı qeyd edib.

Bu gün Renault komandasının Formula1-də debütünün düz 40 ili tamam olur. Yubileyin qeyd olunması çərçivəsində şirkət məhdud sayda sarı çaydanların istehsalına başlandığını elan edib.

Renault komandası 1977-ci ildə Britaniya Qran Prisində debüt etmişdi. Komandanın çempionat üçün hazırladığı RS01 maşını F1 tarixində ilk dəfə turbo mühərriklə təchiz olunmuşdu. İlk illərdə fransızların maşınları etibarlı deyildilər, motorlar isə tez-tez yanırdılar, ona görə də Tyrrell komandasının sahibi Ken Tirrell onları zarafatla “sarı çaydan” adlandırmışdı.

Bir neçə ildən sonra Formula1-də turbo mühərriklər erası başlamışdı, Renault şirkəti isə 40 il ərzində 11 dəfə sürücülər çempionatında, 12 dəfə komandalar çempionatında qalib gələrək bu günə qədər aktivinə 170 qələbə yazıb.

 

Şirkətin hazırladığı çaydanlar sentyabr ayından satışa çıxarılacaq. Cəmi 40 ədəd buraxılmış çaydanın biri 129 avroya satılacaq. Çaydanı Renault-nun Yelisey meydanındakı şou-rumundan, ya da  onlayn almaq olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*