Renault komandası Brawn GP-nin yolu ilə gedə biləcək?

Colion Palmer yeni mövsümdəki qayda dəyişikliklərindən sonra ümid edir ki, Renault komandası 2009-cu ilin Brawn GP komandası kimi olacaq.

F-1.az xatırladır ki, Honda 2008-ci ildə çempionatda 9-cu olmuş və maliyyə problemlərinə görə çempionatdan çəkilmişdi. Amma yaponlar 2009-cu ilin bolidini demək olar ki, hazır etmişdilər. Ross Braun Honda-nın hazır bolidini 1 dollara alaraq, Mercedes mühərriyi ilə təchiz etmiş və Brawn GP adı ilə çempionata daxil olaraq, Dünya Çempionu titulunu qazanmışdı.

Colion Palmer: “Bəzi doslarım mənə deyir ki, bəlkə biz də Brawn GP-nin etdiyini təkrarlayarıq. Bu mümkündür. Hazırda bütün komandalar üçün vəziyyət eynidir. Son illərə nisbətən geridə olan komandaların şansı daha çoxdur”.

Niko Hülkenberq də yeni bolid barədə fikirlərini bölüşüb: “Keçənilki nəticələrimizə baxsaq, görərik ki, bu il çox işləməliyik. Mercedes və Red Bull bu mövsüm də rəqiblərindən üstün olacaqlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*