Renault komandası BP ilə əməkdaşlığını elan etməyə hazırlaşır

Son illərdə Renault komandası Total şirkəti ilə əməkdaşlıq edirdi - fransız nef-qaz şirkəti həmyerlilərini yanacaq və sürtgü yağları ilə təchiz edirdilər.

F-1.az Britaniyanın Autosport resursuna istinadən bildirir ki, artıq yeni mövsümdən komandanın təchizatçısı dəyişə bilər – komanda tezliklə British Petroleum şirkəti ilə uzunmüddətli əməkdaşlığını elan edəcək.

Hesab edilir ki, müqavilə sadəcə Formula1-lə məhdudlaşmayacaq – BP-nin yağ və yanacağı konsernin yol avtomobillərinə satış zamanı doldurulacaq və bu tərəfdaşlıq Renault-Nissan alyansının digər brendlərinə də şamil olunacaq. Biz əvvəl də xəbər vermişdik ki, Britaniyanın neft və qaz şirkəti Formula1-də Castrol brendi  ilə təmsil olunacaq.

Deyilənlərə görə, McLaren komandası da Exxon Mobil şirkəti ilə əməkdaşlğı dayandırdıqdan sonra BP ilə danışıqlar aparır…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*