Renault komandası Alibaba Tmall ilə müqavilə imzalayıb

Renault komandası bu gün verdiyi açıqlama ilə bildirib ki, Çin şirkəti Alibaba Tmall ilə çoxillik müqavilə imzalayıb.

F-1.az xatırladır ki, Tmall dünyaca məşhur onlayn alış-veriş saytıdır və Alibaba Group-un tərkibindədir. 2008-ci ildə fəaliyyətə başlayan Tmall fransız brendinin Çin bazarında daha da yaxşı tanınmasına kömək edə bilər. Müqaviləyə əsasən, Çin şirkətinin loqotipləri Renault R.S.18-in üzərində olacaq. Müqavilə barədə daha ətraflı mart ayında açıqlama veriləcək.

Siril Abitebul: “Renault-nu Formula1-ə gətirmə səbəblərindən biri şirkəti qlobal müstəvidə tanıtmaq idi. Çin bazarı bizim üçün vacibdir və Alibaba Tmall kimi böyük şirkətlə bağladığımız müqavilə həm Nissan, həm də Renault üçün vacib olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*