Renault komandası 2017-ci il üçün heyətini açıqlamağa tələsmir

Renault komandasının mətbuat katibi Əndi Stobart bildirib ki, 2017-ci il sürücüləri barədə danışmaq üçün hələ tezdir.

F-1.az xatırladır ki, Renault-nun gələn il də Kevin Maqnussen ilə yarışması gözlənilir. Amma ikinci sürücünün kim olacağı hələ də məlum deyil. Əgər Palmer özünü inkişaf etdirməsə, komandadan göndəriləcək. Onun yerinə isə Esteban Okon və McLaren ilə müqaviləsi baş tutmasa, Stoffel Vandorn real namizəddirlər.

Əndi Stobart: “Gələn il nə olacağı barədə danışmaq üçün hələ çox tezdir. Biz mövsümün qalan yarışlarına fokuslanmışıq. Hələ mövsümün ortasındayıq və danışmaq üçün çox tezdir. Bizim tərəfimizdə heç bir şey dəqiq deyil. Qalan söhbətlər isə şayiədən ibarətdir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*