F-1.az dünən xəbər vermişdi ki, Pastor Maldonado bu il Formula1-də yarışmayacağını öz Twitter hesabı vasitəsilə bildirib. Fransızlar Maldonadonun əvəzinə Kevin Maqnussen ilə müqavilə bağlayıblar. Yeni müqavilə fevralın 3-də mətbuata açıqlanacaq.
Renault komandası Twitter vasitəsilə bildirib ki, fevralın 3-də mətbuat konfransı keçirəcəklər. Mətbuat konfransında Kevin Maqnussendən başqa komandanın yeni rəhbəri, yeni sponsoru, 2016-cı ildə yarışacaqları rəng barədə ətraflı məlumat verilməsi gözlənilir.
Qeyd edək ki, mətbuat konfransı Renaultsport.com saytında canlı yayımlanacaq.