Renault K.Dayerlə müqavilə imzalayıb

Renault komandası Ferrari-nin keçmiş yarış mühəndisi Kris Dayeri sıralarına qatıb...

F-1 xatırladır ki, Kris Dayer 2001-ci ildən 2010-cu ilə qədər Ferrari komandasında işləyib. Dayer italyan komandasında Mixail Şumaxer və Kimi Rəykkönen ilə Dünya Çempionu titulları qazanıb. Avstraliyalı mühəndis daha sonra baş mühəndis vəzifəsinə yüksəlib.

Dayer 2010-cu ildə keçirilən Abu Dabi QP-sində Fernando Alonsoya səhv strategiya tətbiq etdikdən sonra Ferrari-nin Formula1 komandasından uzaqlaşdırılıb və yol avtomobilləri şöbəsinə keçirilib.

Bundan sonra Dayer tamamilə Ferrari-dən uzaqlaşıb. Onun adı Mercedes AMG və Force İndia komandaları ilə hallansa da, hər iki komandaya keçid baş tutmayıb.

Dayer 2012-ci ilin noyabr ayından etibarən BMW-nin DTM komandasında baş mühəndis işləyirdi. Amma avstraliyalı mühəndis 2016-cı ildən etibarən Renault-un F1 komandasında işləyəcək.

Onu da qeyd edək ki, Lotus komandasının baş mühəndisi Ayo Komatsu Haas komandasına keçib.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*